“Bu sənəd spiker Oqtay Əsədovun dəstəyi nəticəsində müzakirəyə çıxarıldı” - KOMİTƏ SƏDRİ

  • By admin
  • 05 İyun 2017 10:53

axar.az1394439080milli-meclis

Hadi Rəcəbli: “Bu sənəd məhz spikerimiz Oqtay müəllimin yaxından dəstəyi nəticəsində müzakirələrə çıxarıldı. Ən böyük dəstək ondan gəldi”

İyunun 5-də Milli Məclisin (MM) Sosial siyasət və əmək, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin 3-cü oxunuşda müzakirəsi keçirilib.

hadi racabli-hadi

Gununsesi.info-nun xəbərinə görə, MM-in Əmək və sosial siyasət komitəsin sədri Hadi Rəcəbli bildirib ki, ikinci oxunuş zamanı millət vəkilləri tərəfindən səsləndirilən bütün irad və təkliflər baxılaraq, nəzərə alınıb.

O, ümumiyyətlə, adıçəkilən sənəd üzərində bir ildən artıq müddət ərzində iş aparıldığını və onun zaman-zaman təkmilləşdirildiyini dilə gətirib.

“Çünki bu, çox vacib məsələdir. Cəmiyyətin bütün təbəqələrini maraqlandıran bir qanun layihəsidir. Onun hazırlanması, qəbulu da cəmiyyətin sosial sifarişindən irəli gəlib. Qeyd edim ki, bu, çox mübahisəli bir məsələydi. Bu sənəd məhz spikerimiz Oqtay müəllimin yaxından dəstəyi nəticəsində müzakirələrə çıxarıldı. Ən böyük dəstək ondan gəlidi. Sonra digər komitələr də bu işə dəstək verdilər.Odur ki, ötən müddət ərzində bu sənəd üzərində gərgin iş aparılıb və söylənilən əksər irad və təkliflər onun təkmilləşdirilməsində nəzərə alınıb”-deyə, komitə sədri sözlərinə əlavə edib.

Komitə sədri üçüncü oxunuşda bir sıra ciddi dəyişikliklərin edildiyini də nəzərə çatdırıb.

fazil

Fazil Mustafa: “Belə bir təkmil, mükəmməl sənədə görə, Hadi müəllimə minnətdarlığımızı bildiririk”

Müzakirələr zamanı isə millət vəkili Fazil Mustafa belə bir yüksək səviyyəli sənəd hazırlandığına görə, H.Rəcəbliyə minnətdarlığını ifadə edib:

“Çünki bu, hadisə sayıla biləcək bir sənəddir. Hər birimiz bu sənədi dəstəkləyirik. Çox mükəmməl bir sənəddir. Odur ki, belə bir təkmil, mükəmməl sənədə görə, Hadi müəllimə də minnətdarlığımızı bildiririk”

Müzakirələr davam edir.

Kamil HƏMZƏOĞLU

Gununsesi.info