“Bu, böyük tərbiyəsizlik və əxlaqsızlıqdır” – Deputatdan polislərin vətəndaşa etdiklərinə ETİRAZ

  • By admin
  • 10 İyun 2020 17:09
“Bir polis əməkdaşının Azərbaycan qadınına “siz hamınız dovşansınız” deməsi böyük tərbiyəsizlik və əxlaqsızlıqdır”.

 
Gununsesi.org xəbər verir ki, bunu demokrat.az-a Milli Məclisin deputatı Vahid Əhmədov deyib.
Daha sonra deputat qeyd edib: “Düzü video görüntülərə axıra kimi baxa bilmədim. Çünki əsəb və stress keçirtdim. Azərbaycan polisi bunu bilməlidir ki, insanları təhqir etmək və aşağılamaq olmaz. Səhəri günü sən bu millətlə üzbəüz qala bilərsən. Bu əxlaqsızlığın arxasında kimlərinsə durduğuna heç şübhə etmirəm. Cənab Prezident, sizdən artıq dərəcədə xahiş edirəm ki, bu işi öz üzərinizə götürəsiniz”.

Gununsesi.org