BŞİH mitinqlə bağlı müraciətə cavab verib – Siyasi partiyaların bundan sonrakı addımı nə olacaq?

  • By admin
  • 12 Fevral 2020 18:57

Bakı şəhər İcra Hakimiyyəti (BŞİH) Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlərin mitinqlə bağlı müraciətinə cavab verib.

Bakı Şəhər İcra Hakimiyyətindən Gununsesi.org-a verilən məlumata görə, mitinqin fevralın 16-da saat 15:00-dan 17:00-dək Lökbatan qəsəbəsi, 28 May küçəsi, “Neftçi” İdman Klubunun Qaradağ təlim idman bazasında keçirilməsinə razılıq verilib.

Qeyd edək ki, Müsavat, REAL partiyaları, D 18 təşkilatı və müstəqil namizədlər seçkidə baş verənlərlə bağlı Bakı şəhəri metronun “28 May” stansiyasının qarşısındakı meydanda mitinq keçirmək barədə BŞİH-nə müraciət etmişdi.

Gununsesi.org