Britaniyada son sutkada koronavirusdan 121 nəfər vəfat etdi

  • By admin
  • 25 May 2020 21:52

Böyük Britaniyada son sutkada yeni növ koronavirusdan (COVID-19) 121 nəfər ölüb.

Gununsesi.org-un RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Britaniyada indiyədək koronavirusa yoluxaraq vəfat edənlərin sayı 36 914  nəfərə çatıb.

Son sutkada ölkədə 1625 yoluxma faktı qeydə alınıb və bununla da Britaniyada indiyədək COVID-19 virusuna yoluxanalrın sayı 261144  nəfərə çatıb.

 

 

Gununsesi.org