Britaniyada pandemiya qurbanlarının sayı 34 mini ötdü

  • By admin
  • 16 May 2020 19:56

Böyük Britaniyada koronavirusun yaratdığı xəstəlikdən dünyasını dəyişənlərin sayı son 24 saat ərzində 468 nəfər artıb.

Gununsesi.org-un məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, bununla da koronavirusdan dünyasını dəyişənlərin sayı 34 466 nəfərə çatıb.

Bildirilib ki, son sutkada 3 451 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Nəticədə Böyük Britaniyada 240 161 nəfərin COVID-19-a yoluxması təsdiqlənib.

 

Gununsesi.org