Britaniyada koronavirusdan 1 228 nəfər ölüb

  • By admin
  • 29 Mart 2020 18:19

Böyük Britaniyada son 24 saatda koronavirusdan ölənlərin sayı 209 nəfər artıb.

Gununsesi.org xəbər verir ki, məlumatı “Ahaber” yayıb.

Bildirilib ki, Britaniyada infeksiyadan ölənlərin sayı 1 228-ə çatıb.

Krallıqda ötən sutka 2 433 yoluxma faktı qeydə alınıb.

Martın 28-də isə bu rəqəm 2 510 olmuşdu.

 

 

 

Gununsesi.org