Braziliyada koronavirusdan ölənlərin sayı 23 mini ötüb

  • By admin
  • 26 May 2020 12:36

Braziliyada son sutka ərzində yeni növ koronavirusdan (COVID-19) 807 nəfər vəfat edib.

Gununsesi.org-un xəbərinə görə, bu barədə “Anadolu” agentliyi məlumat yayıb.

Bildirilib ki, Braziliyada koronavirusdan ölənlərin sayı 23 473 nəfərə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 213 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 5,1 milyonu ötüb. Bunların 2 milyon nəfərdən çoxu sağalıb, 334 mindən çoxu isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

 

Gununsesi.org