Böyük Britaniyada bu tarixdən sonra yanacaqla işləyən avtomobil qalmayacaq

  • By admin
  • 04 Fevral 2020 11:34

Böyük Britaniya rəsmiləri 2035-ci ilə qədər ölkə ərazisində benzin, dizel və hibridlə çalışan avtomobillərin satışını tam qadağan etməyi düşünür.

Gununsesi.org TASS -a istinadən xəbər verir ki, bu barədə Baş nazir Boris Consonun dəftərxanasından verilən məlumatda bildirilir.

 Daha əvvəl Böyük Britaniya hökuməti sözügedən qadağanı 2040-cı ilə qədər həyata keçirməyi nəzərdə tuturdu. Hibridlə çalışan avtomobillərin isə bu siyahıya daxil edilməsi, ümumiyyətlə, gözlənilmirdi.

Rəsmi London elan edib ki, dövlət dünyanın ekoloji mühitini yaxşılaşdırmaq məqsədi ilə ən sərt qanunları həyata keçirməyi qarşısına məqsəd qoyub.

Gununsesi.org