Boliviyanın Müdafiə naziri də istefa verdi

  • By admin
  • 12 Noyabr 2019 11:03

Boliviyanın Müdafiə naziri Havyer Savaleta istefa verib. 

Gununsesi.org Sputnik-ə istinadən xəbər verir ki, bu barədə nazir özü məlumat verib.

“Bu gün, 12 noyabr 2019-cu ildə ölkənin Müdafiə naziri postundan istefa verirəm. Silahlı Qüvvələrimiz sıralarında birliyi qorumaq üçün Müdafiə nazirliyindən ayrılıram”, – deyə Savaleta bildirib. Savaleta həmçinin keçmiş Prezident Evo Moralesin əsgər və dənizçilərə xalqlarına qarşı silah tətbiq etmələrini heç vaxt əmr vermədiyini söyləyib:

“İndi ordu xalqa qarşı silah işlədirsə, bunun məsuliyyəti bu qərarı verənlərin üzərinə düşəcək. Əsgərlərimizə və dənizçilərimizə insanlara silah işlətmələrini əsla əmr etmədik və əsla əmr verməyəcəyik. İnşa etmək istədiyimiz dövlət bir əsgəri insanın ölkəsini heç vaxt xalqından qoruduğu deyil, xalqı ilə birlikdə qoruduğu bir dövlətdir.”

Arzu Sayadoğlu

 

Gununsesi.org