BNA: Heydər Əliyev prospektində qəza sıxlığa səbəb oldu

  • By admin
  • 16 Fevral 2020 21:46

Bakının Nizami rayonu, Heydər Əliyev prospektində yol qəzası baş verib.

Gununsesi.org xəbər verir ki, bu barədə “Report”a Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, avtoqəza əsas yolun metronun “Koroğlu” stansiyası istiqamətində qeydə alınıb.

“Bu səbəbdən də qeyd edilən yolda nəqliyyat vasitələrinin hərəkətində sıxlıq müşahidə edilir” – deyə, o bildirib.