BMT-dən yoxsul ölkələrə 2 milyardlıq yardım – Baş katib açıqladı

BMT-dən yoxsul ölkələrə 2 milyardlıq yardım – Baş katib açıqladı

Birləşmiş Millətlər Təşkilatı (BMT) yeni növ koronavirusa qarşı mübarizə məqsədilə dünyanın ən yoxsul ölkələrinə 2 milyard dollarlıq humanitar yardım ayıracaq.

Gununsesi.org xəbər verir ki, bu barədə BMT-nin Baş katibi Antonio Quterreş açıqlama verib.

“Koronavirus bütün bəşəriyyəti təhdid edir və ölkələrin fərdi mübarizəsi kifayət etməyəcək. Dünyanın virusa qarşı ortaq bir mübarizəsi olmalıdır”,- deyə Baş katib qeyd edib.

Quterreş bütün ölkələri yardım planına dəstək göstərməyə çağırıb.

Gununsesi.org

COMMENTS