BMT-dən DÜNYANI QORXUDAN AÇIQLAMA: “Qarşısını ala bilməsək, milyonlarla insan məhv olacaq”

BMT-dən DÜNYANI QORXUDAN AÇIQLAMA: “Qarşısını ala bilməsək, milyonlarla insan məhv olacaq”

Gununsesi.org axar.az-a istinadən xəbər verir ki, bunu BMT Baş katibi Antonio Quterreş deyib.

“Əgər ölkələr işbirliyi qurmasalar və tədbir görməsələr, milyonlarla insan həlak olacaq. Hazırda dünya koronavirusla mübarizədə çox asta hərəkət edir. Amma indi kimisə ittiham etməyin məqamı deyil. Qarşısını ala bilməsək, bu virus milyonlara insana yoluxacaq və onların həyatına son qoyacaq”, – Quterreş bildirib.

Qeyd edək ki, BMT Baş katibi Antonio Quterreş koronavirusdan dolayı planetin bütün ərazisində savaş və qarşıdurmaların dərhal və tam şəkildə dayandırılması üçün çağırış edib.

Gununsesi.org

COMMENTS