Milyarderdən böyük siyasi reklam xərcləməsi: 1,5 milyon ABŞ dolları

  • By admin
  • 15 Fevral 2020 09:21

ABŞ-ın Demokrat Partiyasından prezidentliyə namizəd, Nyu-Yorkun sabiq meri, milyarder Maykl Blumberq “İnstagram” sosial şəbəkəsində seçki ilə bağlı təbliğat materiallarını yaymaq üçün 1 milyondan 1,5 milyon ABŞ dollarına qədər pul xərcləyib.

Gununsesi.org TASS-a istinadən xəbər verir ki, bu barədə “Forbes” jurnalında dərc olunan məqalədə deyilir.

Nəşr bildirir ki, 30-a yaxın şəxs Blumberqin seçkiqabağı təbliğat materiallarını “İnstaqram”da parlaq və yaddaqalan şəkildə paylaşır .

“Forbes” müxbirlərinin müsahibə aldığı ekspertlərin fikrincə, ABŞ-da “İnstagram”da 1 milyondan çox abunəçisi olan tanınmış şəxslər bir məlumatı öz səhifəsində paylaşmaq üçün azı 10 min ABŞ dolları tələb edirlər. Siyasi xarakterli materiallara görə isə qiymət 50 min dollara qədər arta bilər.

Gununsesi.org