“Biz Ermənistanın Avrasiya İttifaqından çıxmasını istəyirik” - ERMƏNİ DEPUTAT KOKOBELYAN

  • By admin
  • 13 Mart 2017 08:44

xacatur-kokobelyan

Ermənistan gərək Avropa Birliyinin tamhüquqlu üzvü olsun.

Gununsesi.info Axar.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında erməni deputat Xaçatur Kokobelyan söyləyib.

“Parlament seçkisinə qatılan 9 siyasi qüvvədən təkcə biz Ermənistanın Avrasiya İttifaqından çıxmasını istəyirik. Əgər qalib gəlsək, planımızı reallaşdıracağıq. Biz istəyirik ki, Ermənistan azad ölkə olsun”, – deyə o bildirib.

Qeyd edək ki, Ermənistanda parlament seçkisi aprelin 2-də baş tutacaq. Seçkinin favoriti hakim Respublika Partiyası, Ohanyan-Raffi-Oskanyan bloku və eks-prezident Levon Ter-Petrosyanın Erməni Milli Konqresi hesab edilir. Bu partiyalardan heç biri indiyə qədər Avrasiya İttifaqı ilə bağlı kəskin mövqe nümayiş etdirməyib. Yeganə olaraq Petrosyanın partiyası Qarabağla bağlı güzəştlərdən bəhs edib.

Gununsesi.info