“Bizə deyirlər, gedin, başınıza çarə tapın” - “EUROHOME" BAĞLANIR

  • By admin
  • 20 May 2020 20:59
“Eurohome” ticarət mərkəzində mayın 11-də baş verən yanğından sonra sahibkarlara bazarın nə vaxt fəaliyyətə başlayacağının bəlli olmadığı deyilib. Buna görə də bu gün 50-yə yaxın sahibkar bazarın ərazisində toplaşaraq, etiraz ediblər.
Gununsesi.org xəbər verir ki, sahibkarlardan biri Rasim Musayev Qafqazinfo-ya bildirib ki, bu gün onlara artıq işləməyəcəkləri deyilib:
“Bazarın sahibi Azər Möhlətov gəlib dedi ki, istintaq gedir deyə bazar işləməməlidir.
Amma nə vaxta qədər işləməyəcəyini demirlər. Bizim dükanlara aidiyyəti olmayan yerdə 4-5 mağaza yanıb. İstintaq orada işini görsün, imkan versinlər, biz də işləyib çörəyimizi qazanaq”.
Rövşən Əliyev qeyd edib ki, “Sədərək” Ticarət Mərkəzində dəfələrlə yanğın baş versə də, o bazar bir dəfə də bağlanmayıb. Sahibkar Əhməd Nəsibov isə onlara mallarını mağazalardan çıxarmaq tapşırılıb:
“Bu, o deməkdir ki, bazar bağlanır. Bizə deyirlər, gedin, başınıza çarə tapın”.
Sahibkarların sözlərinə görə, bura yığışmaqda məqsədləri odur ki, istintaq və istintaqa nəzarət edən şəxslər onlara işləməyə icazə versinlər.