“Bitkoin balinaları”nın sayı bu il 14% artıb

  • By admin
  • 17 İyun 2020 09:32

Dünyanın aparıcı kriptovalyutası sayılan bitkoindən 1 000 və daha çox almış investorların (“Bitkoin balinaları”) bu ilin əvvəlindən 14,1% artaraq 1 882-ə çatıb.

Gununsesi.org bildirir ki, məlumata görə, bu, 2017-ci ilin sentyabr ayından bəri rekord həddir.

Xatırladaq ki, “bitkoin balinaları” kriptovalyutanın qiymətinin kəskin artıra və yaxud azalda bilirlər.

Gununsesi.org