“Bir stakan çay belə içibsə, onu da toya dəvət edir” - Çingiz Qənizadə

  • By admin
  • 08 Dekabr 2016 12:10
cingiz
Deputat ictimaiyyəti toy və yas mərasimlərindəki israfçılığa qarşı çıxmağa səslədi.
Gununsesi.info xəbər verir ki,  millət vəkili Çingiz Qənizadənin sözlərinə görə,  son  zamanlarda iqtisadi çətinliyə baxmayaraq, toy mərasimlərində yenə də israfçılığa və xoşagəlməyən hallara yol verilir.
“Bu gün bir də görürsən ki, 10, 15 il əvvəl kimsə kimisə haradasa görübsə və ya bir stakan çay içibsə, onu toya dəvət edir. Bugünükü reallıq, heç də hər bir ailənin büdcəsi bu  toylarda iştirak etməyə imkan vermir. Hesab edirəm ki, bu yolverilməz haldır. Mən çox arzu edərdim ki, Azərbaycanda mərasimlər haqqında yeni qaydalar tətbiq olunsun. Bu, qanun formasında da ola bilər, ölkə başçsının göstərişi əsasında da. Toy mərasimlərində yüz nəfərdən çox olmamaq şərti ilə xeyrat adı altında isti yeməklərin verilməsi  yığışdırılmalıdır”- deyə, deputat vurğulayıb.
Millət vəkili qeyd edib ki, artıq özü də son vaxtlar toylara getməyi azaldıb və bu azalma bundan sonra da davam edəcək.
 Yas mərasimlərinə gəldikdə isə millət vəkili bildirib ki, həmin mərasimlərə gedəndə insanlarla söhbətində  israfçılığa yol verilməməsini onların diqqətə çatdırır:
“Yas mərasimlərində isti yeməklər veriləndə buna əsəbiləşirəm. İzah etməyə çalışıram ki, bu yemək ehsanatının dünyasını dəyişənə heç bir aidiyyatı  yoxdur. Odur ki, həm toylarda, həm də yas mərasimlərindəki bu israfçılığa son verilməlidir. Bugünkü reallıq da bunu tələb edir. Bunlar yas sahibinə əlavə yükdür”.
Mürtəza 
Gununsesi.info