Bir sıra marketlərdə sanitar qaydalara əməl olunmaması üzə çıxıb

  • By admin
  • 31 May 2020 20:11

İqtisadiyyat Nazirliyi fəaliyyətinə icazə verilmiş iş və xidmət sahələrində Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl edilməsinə nəzarətin gücləndirilməsi məqsədilə monitorinqləri davam etdirir.

Gununsesi.org bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Nazirliyin və onun tabeliyindəki qurumların əməkdaşlarından, aidiyyəti dövlət qurumlarının nümayəndələrindən ibarət monitorinq qrupları Bakı şəhərində və ölkə regionlarında fəaliyyət göstərən iş və xidmət sahələrində, istehsal müəssisələrində zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə əməl olunması vəziyyətini araşdırıb. Ümumilikdə mayın 22-dən 30-dək 1 592 sahibkarlıq subyektində monitorinq keçirilib və 744 obyektdə 2 459 tələblərin pozulması halı qeydə alınıb.

Monitorinqlər zamanı sahibkarlarla maarifləndirici söhbətlər aparılıb, müvafiq metodiki göstərişlər paylanılıb, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarları ilə müəyyən olunmuş xüsusi karantin qaydalarına, Nazirlər Kabineti yanında Operativ Qərargahın müəyyənləşdirdiyi zəruri sosial davranış qaydalarına və sanitar-epidemioloji tələblərə tam əməl olunması, qabaqlayıcı profilaktik tədbirlərin görülməsi zərurəti bir daha diqqətə çatdırılıb.

Monitorinqlər davam edir.

Gununsesi.org