Bir oğul ki, “Varlığımı Vətən üçün qurban verməyə hazıram” deyirsə, bəs, bu Vətən o oğul üçün nə etməyə hazırdır? - FLORA KƏRİMOVA

  • By admin
  • 25 Mart 2020 23:06

Dünya şöhrətli sənətkarımız, xalq artisti Flora Kərimovadan Türkiyədə həbsdə olan iş adamı Mübariz Mənsimova dəstək gəlib.
Gununsesi.org xalq artistinin açıqlamasını təqdim edir :

“Millət, bu da bir sınaqdır! Millətimizin iradəsinin sınağıdır, kişiliyimizin sınağıdır! Bir millət olaraq Şəhidlərinin, layiqli vətəndaşlarının, qeyrətlilərinin keşiyində deyiliksə yerində nə qalır, kim qalır? Vətən-Torpaq naminə itirdiyimiz Şəhidlərimiz, Mübarizlərimiz azmış kimi, bu Mübarizimizi də itirməliyik?

Bir oğul ki, “Varlığımı Vətən üçün qurban verməyə hazıram” deyirsə, bəs, bu Vətən, o oğul üçün nə etməyə hazırdır?!
Bir məqamın da fərqində olmalıyıq… Dövlət başcısının başqa bir dövlətin daxili işinə qarışmağa heç bir səlahiyyəti və siyasi imkanı yoxdur! Olsa da, birmənalı qarşılanmaz! Əminəm ki, prezident xeyriyyəçi Mübariz Mənsimovun işinə vətəndaş, azərbaycanlı olaraq öz əzmini əsirgəməyəcək!

Mənim bundan belə (müqqəddəs arzularımdan başqa) umacağım yoxdur! Çoxumu yaşayıb azıma qane olan biriyəm!
Topxana meşəsində kəsilən ağaclara görə düşmən başı kəsməyə hazır olan oğullarımızı görüb və bu məqamda balaq altında gizlənənləri görmək çox acınacaqlıdır!
Təəssüflənmək qədər əzabverici heç nə yox imiş!!!

Mübariz, Vətənim dediyiniz Azərbaycana gələn gününüz, Ad gününüz mübarək!”.

Gununsesi.org