Bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılacaq

Bir neçə yaşayış məntəqəsinin qaz təchizatı məhdudlaşdırılacaq

qazzzz

Sabah Abşeron və Siyəzən magistral qaz kəmərləri sahələrində cari təmir işləri aparılacaq.

SOCAR-dan Gununsesi.info-ya verilən məlumata görə, sentyabrın 2-də saat 10:00-dan 17:00-dək “Qaz İxrac” İdarəsinin Abşeron magistral qaz kəmərləri sahəsinin “Keşlə”, həmçinin Siyəzən magistral qaz kəmərləri sahəsinin “Altıağac” və “Xızı” qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

Təmir müddətində Bakı şəhəri Xətai rayonunun Keşlə və NZS qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Aparılan işlərin Xızı rayonun bir hissəsinin qaz təchizatına təsir göstərməsi də mümkündür.

Gununsesi.info

COMMENTS