Bir-birilərini öldü bilirdilər, ancaq 47 il sonra qovuşdular

  • By admin
  • 22 Fevral 2020 21:33
Kambocada 1970-ci illərdə Qızıl Kmer rejimi dönəmində ayrı düşən biri 98, digəri 101 yaşında olan iki bacı 47 il sonra qovuşublar.
Gununsesiaz.info xəbər verir ki, bir-birilərindən 1973-cü ildə ayrılan bacılar bu illər ərzində ayrı yaşayıblar. Həmin vaxt bir çox ailələrin uşaqları zorla əllərindən alınıb. Bun Sen adlı qadın 1979-cu ildə həyat yoldaşını itirib və zibillikdən topladığı qidalarla övladlarını böyüdüb.
Kamboca Uşaq Fondu 2004-cü ildən Bun Senə dəstək olub və sonunda onu kəndinə qaytara biliblər. Onun bacı və qardaşının sağ olduğu və kənddə yaşadığı dəqiqləşdirilib. Bun Sen keçən həftə bacı və qardaşıyla görüşüb.
Bun Sen olanlarla bağlı bunu deyib:
“Kəndimi illər öncə tərk etdim və heç vaxt geri qayıtmadım. Həmişə qardaş və bacımın öldüyünü düşünürdüm. Bacıma sarılmaq mənim üçün çox mənalıdır. Qardaşım əlinə toxunanda ağladım”.
Gununsesiaz.info