Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib

  • By admin
  • 15 Dekabr 2016 12:09

Bicaqlama

Ötən gecə paytaxt ərazisində qanlı hadisə baş verib.

Gununsesi.info xəbər verir ki, hadisə Binəqədi rayonun Biləcəri qəsəbəsində yaşayan 51 yaşlı Əflan Abdullayev bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Xəsarat alana dərhal tibbi yardım göstərilib. Həkimlər qarın nahiyyəsindən bıçaqlanan Əflan Abdullayevin vəziyyətinin qənaətbəxş olduğunu bildiriblər. Hadisə barədə xəstəxanadan polisə məlumat verilib. Polis əməkdaşları yaralı Əflan Abdullayevin ifadəsini alıblar. O, ifadəsində evdə özü-özünü bıçaqladığını bildirib. Zərərçəkənin ifadəsi alınandan sonra polis əməkdaşları hadisə baş verən ünvanda olublar. Abdullayevin ailə üzvləridə dindirilib. Zərərçəkənini ifadəsinin düzgünlüyü aparılan araşdırmalardan sonra məlum olacaq. Faktla əlaqədar cinayət məcəlləsinin müfaviq maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar davam edir.

Gununsesi.info