“Binə”, “Sədərək” nə vaxt açılacaq? - RƏSMİ AÇIQLAMA

  • By admin
  • 09 May 2020 22:44

““Binə”, “Sədərək” kimi böyük ticarət mərkəzlərinin bu ayın sonuna qədər açılması gözlənilmir. Bununla bağlı müzakirələr davam edir”.

Gununsesi.org Cebhe.info-ya istinadən xəbər verir ki, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqdə TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

“Ola bilsin ki, irəlidəki nəticələr təhlil edildikdən sonra bu ticarət mərkəzlərinin açılması mümkün olsun. Amma yayılmaya təsirli ola biləcək bölmələrin fəaliyyəti qadağan edilsin. Bütün variantlar təhlil edilir”,– deyə o vurğulayıb.

 

Gununsesi.org