Biləsuvarın deputatından şok açıqlama - DTX BİZİM DƏ RAYONA GƏLƏ BİLƏR

  • By admin
  • 01 Aprel 2020 00:18

 

Milli Məclisin yeni seçilən gənc deputatı Bəhruz Məhərrəmov facebook üzərindən canlı yayım edib.

Gununsesi.org-un xəbərinə görə, deputat seçiciləri ilə birbaşa bağlantıda onların şikayətlərini dinləyib və suallarına cavab verib.

İzləyicilərdən biri Biləsuvar rayonundakı ədalətsizlikdən danışarkən DTX-nın bu rayonda da əməliyyat keçirməsinə zərurət olduğunu deyib.

Buna deputatın cavabı isə gözlənilməz olub.

Belə ki,  seçiciyə cavabında “DTX-nın bizim rayona gəlməsi mümkündür” deyən Bəhruz Məhərrəmov əlavə edib ki, bu, icra hakimiyyəti ilə adıçəkilən qurumun arasında olan məsələdir.

 

Günay Təhməzova

Gununsesi.org