Berni Sanders prezidentlik yarışından çəkildi

  • By admin
  • 08 Aprel 2020 20:20

Amerikalı senator Berni Sanders prezidentlik yarışından çəkildiyini açıqlayıb.

Gununsesi.org “RİA Novosti”yə istinadən xəbər verir ki, 78 yaşlı siyasətçi 2020-ci ilin noyabrında keçiriləcək prezident seçkilərinə ola biləcək baş namizədlərdən biri idi.

Qeyd edək ki, senator Berni Sanders Demokratik Partiyanın üzvü olmasa da, onun adından prezidentliyə namizədlik uğrunda mübarizə aparıb (ABŞ qanunları buna icazə verir). Demokratik Partiyanın praymerizində onun rəqibi keçmiş vitse-prezident Co Bayden olub.

 

 

 

 

Gununsesi.org