Berlin bu ölkələrin Aİ-yə daxil edilməsinin tərəfdarıdır

  • By admin
  • 17 İyun 2020 19:27

AFR-in Xarici İşlər naziri Hayko Maas çexiyalı həmkarından nümunə götürərək pandemiya ilə əlaqədar uzun fasilədən sonra xaricə ilk dəfə səfər edib.

Gununsesi.org AZƏRTAC-a istinadən bildirir ki, Almaniya XİN başçısı Varşavada polşalı həmkarı Yatsek Çaputoviç ilə görüşüb. Maas həmin görüşdə bildirib ki, onun ölkəsi Balkan dövlətlərinin, ilk növbədə Albaniya və Şimali Makedoniyanın hesabına Avropa İttifaqının genişlənməsini dəstəkləmək niyyətindədir.

Maas deyib: “Biz Albaniya və Şimali Makedoniya ilə konfrans keçirməyi təklif edirik”. Onun polşalı həmkarı AFR-in bu mövqeyini dəstəklədiyini bildirib.

 

 

Gununsesi.org