Benzin də bahalaşdı -PROQNOZLAR ÖZÜNÜ DOĞRULTDU

  • By admin
  • 13 Yanvar 2017 09:24

benzin

Azərbaycana xaricdən idxal olunan “AI-95” Premium markalı benzinin qiymətində artım baş verib.

Gununsesi.info xəbər verir ki, artıq yanacaqdoldurma məntəqlərində yeni qiymətlər tablolara vurulub.  “AI-95 Premium” markalı benzinin yeni qiyməti 1,05 AZN olub. Bu markalı benzinin bundan əvvəlki qiyməti 0.95 AZN-ə satılırdı.

Qeyd edək ki, qiymət artımı Azərbaycanda istehsal olunan və çoxluğun istfadə etdiyi “AI-92” markalı benzinə şamil edilməyib. “AI-92” markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.

“AI-95” Premium markalı benzin isə ölkəyə xaricdən gətirilir və qiyməti sərbəst təyin edilir.

Gununsesi.info