Bella Hadid şəffaf köynəkdə podiuma çıxdı - FOTOLAR

  • By admin
  • 21 Fevral 2020 13:31

Dünyanın ən məşhur modelləri Milan moda həftəsi çərçivəsində bir araya toplanıb.

Gununsesiaz.info bildirir ki, bu barədə “Hürriyet” məlumat yayıb.

“Max Mara” firmasının “Payız-Qış 2020” kolleksiyasının təqdim olunduğu tədbirdə modellər Kaya Gerber, Bella Hadid və Adut Akeç podiuma çıxıb.

Aktrisa Sindi Kroufordun qızı, amerikalı model Kaya Gerber səhnədəki modellər arasında ən çox diqqət çəkənlərdən biri olub. Karyerasında sürətli yüksəliş müşahidə olunan model qısa saçları ilə ön plana çıxıb.

Salondakıların diqqətini ən çox cəlb edən isə şübhəsiz ki, Bella Hadid olub. Hadid şəffaf köynəyi ilə mətbuatın diqqətini cəlb edib.

Gununsesiaz.info