Belçikada Natavanın heykəli vəhşicəsinə dağıdıldı – Cinayət işi açıldı (FOTO)

  • By admin
  • 10 Mart 2020 18:41

Martın 10-da yerli vaxtla saat 11.00-da Belçikanın Vaterlo şəhərinin Meriyasından Səfirliyə, bu şəhərdə 2016-cı ildə Səfirliyin dəstəyi ilə quraşdırılmış görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın heykəlinə qarşı dəhşətli vandalizm aktı törədilməsi barədə məlumat daxil olub.

Gununsesi.org xəbər verir ki, bu barədə Trend-ə Azərbaycanın Belçikadakı səfirliyindən bildirilib.

Məlumatda qeyd edilir ki, səfirliyin əməkdaşları dərhal hadisə yerinə gedərək yerli hakimiyyət orqanları ilə təmas qurublar. Vaterlo rəsmiləri tərəfindən bildirilib ki, heykəl şəhərin mühafizə edilən tarixi abidələr siyahısına daxil olduğuna görə, baş verən hadisə ilə əlaqədar Vaterlo polisi tərəfindən vandalizm faktı üzrə cinayət işi açılıb.

Hazırda araşdırmalar aparılır.

 Azərbaycan ictimaiyyəti Səfirlik tərəfindən məsələyə dair mütəmadi olaraq məlumatlandırılacaq.

Qeyd edək ki, sözügedən heykəlin müəllifi heykəltaraş İmran Mehdiyevdir.

 

 

Gununsesi.org