Belarus prezidenti Lukaşenkonun oğlu daha bir yüksək vəzifəyə gətirildi

  • By admin
  • 19 Noyabr 2019 17:40

Belarus Prezidenti Aleksandr Lukaşenkonun böyük oğlu Viktor Milli Olimpiya Komitəsinin (MOK) birinci vitse-prezidenti seçilib.

Gununsesi.org “Qafqazinfo”-ya istinadən xəbər verir ki, onun bu posta namizədliyi Olimpiya iclasının iştirakçıları tərəfindən dəstəklənib.

Olimpiya çempionu, Belarus Kanoe Assosiasiyasının sədr müavini Dmitri Dovqalenok isə MOK-un vitse-prezidenti seçilib.

Belraus lideri qeyd edib ki, oğlunun bu vəzifəyə namizədliyi onun tərəfindən irəli sürülməyib. Lukaşenko Viktorun hazırda prezidentin milli təhlükəsizlik üzrə köməkçisi olduğunu xatırladaraq, oğlunun bu vəzifələri birləşdirib-birləşdirməyəcəyi ilə bağlı hələ qərar vermədiyini söyləyib.

“Kimsə düşünürsə ki, burada atasının təklifi ilə ona böyük bir vəzifə verilib, səhv edir. Onun onsuz da, vəzifəsi var – milli təhlükəsizlik köməkçisi…”, – deyə Lukaşenko vurğulayıb.

 

Gununsesi.org