Belarus “Hammer”ə rəqib ola biləcək avtomobil yaratdı

  • By admin
  • 25 Yanvar 2020 20:26
 “Ramsmobile” birgə Belarus-Amerika şirkətində  artıq kulta dönmüş “Hammer” ilə rəqabət edə biləcək hər yerdə gəzən avtomobil istehsal edilib.  
Gununsesi.org-un İsrail mediasına istinadla verdiyi xəbərdə belə deyilir.
Avtomobil  hərəkətli tırtıllar, teflon örtüklü şassi elementləri,  radiatorun LED şəbəkəsi,  salonunda qəlyan kabinəsi və 1,2 min at gücündə elektrik mühərriki ilə təchiz edilib.
Belarus “Hammer”i 109 mln. rus rubluna, yaxud təxm. 1 milyon 760 min ABŞ dollarına satılacaq.
Şirkətin baş ofisi Belarusda yerləşir, lakin istehsal ABŞ-ın Albukerk şəhərində aparılır.

 

 

 

Gununsesi.org