“Yoxsullaşan təbəqə çox ciddi sıxıntılarla üzləşəcək. Karantinin ilk günündən “REAL” Partiyasının təklif etdiyi “hər vətəndaşa 200 manat birbaşa aylıq maddi dəstək” məsələsi artıq kəskinləşir”.
Gununsesi.org-un xəbərinə görə, bunu partiya sədri İlqar Məmmədov öz rəsmi Facebook səhifəsində yazıb.
İ.Məmmədov rəsmi rəqəmlərə istinad edərək bildirib ki, 1-2 il əvvəl ərzaq, kommunal, tibb və tütün xərcləri Azərbaycanda ailələrin xərclərinin 66 faizini təşkil edirdi:
“Qalan 34 faiz də heç banka depozitə getmirdi, xərclənirdi – təhsil, nəqliyyat, rabitə və s. Hər ailədə adambaşına ayda 286 manat xərclənirdi. İndi bir az çox olar, çünki qiymətlər, pensiyalar, maaşlar artıb. Tutalım, indi olub 300 manat. Bunun da 66 faizi edir məhz 200 manat”.
REAL-ın sədri qeyd edib ki, bu pul vətəndaşlara karantin dövrü davam etdikcə mütləq paylanılmalıdır:
“Yoxsa bir az da belə davam etsə, ən yoxsul ailələr tamamilə ac qalacaq. Əlbəttə, pul paylanarkən o, ehtiyacı olmayan bəzi adamlara da çatacaq. Eybi yox! O pul onsuz da iqtisadiyyatı çalışdıracaq və yeni dəyər yaratdıracaq. Əsas məsələ fövqəladə maddi yardımın təcililiyidir: oturub güdsək ki, kimin ehtiyacı var, kimin yoxdur, onda yoxsullaşan təbəqə çox ciddi sıxıntılarla üzləşəcək. Hal-hazırda ədalətdən vacib olanı yardımın sürətidir, yəni əsl ədalət bu yardımın ehtiyacı olana vaxtında çatmasındadır.
Bir də ki, bu hesablamada istədiyiniz qədər “qüsuru” özüm də tapa bilərəm: məsələn, xeyli insan, xüsusilə də dövlət sektorunda işləyənlər, məcburi evdə otursalar da kartlarına maaş alırlar, digərləri pensiya alır və s. Azərbaycan iqtisadiyyatı şəffaf olsaydı, oturub yardım rəqəmini qəpiyinə qədər hesablamaq olardı. Amma iqtisadiyyatın böyük hissəsi kölgədədir, bunu hamı bilir. Odur ki, Dövlət Statistika Komitəsinin rəqəmini fövqəladə maddi yardım haqqında rəsmi qərar üçün əsas kimi götürsək, hər bir halda qoyduğumuz məqsədə xidmət edər”.
“Belə davam etsə, ən yoxsul ailələr tamamilə ac qalacaq” – İlqar Məmmədov
- By admin
- 30 Mart 2020 11:49
DİGƏR XƏBƏRLƏR
-
25 Aprel 2024 17:05
Avropa Parlamenti həbsdəki siyasi fəallara və jurnalistlərə azadlıq istəyir
-
25 Aprel 2024 16:43
Məlahət İbrahimqızı: “Avropa Parlamentinin bəzi üzvləri məsuliyyətsizdir”
-
25 Aprel 2024 16:16
Hökumət keçmiş deputatlığa namizədlərə təzminat ödəyəcək
-
25 Aprel 2024 15:09
Azərbaycanda əhalinin 75%-i “TikTok”un bağlanmasını İSTƏYİR
-
25 Aprel 2024 14:57
Xocalıda kütləvi məzarlıq aşkar edildi
-
25 Aprel 2024 14:19
Elmira Süleymanova vəfat etdi
-
25 Aprel 2024 13:56
Kərki kəndində aksiya: Ermənistan-İran yolu bağlandı
-
25 Aprel 2024 13:28
Cahangir Əsgərov haralardadır?
-
25 Aprel 2024 11:51
Prezidentdən İrəvana mühüm çağırış
-
25 Aprel 2024 10:53
Vətəndaşlar Laçına şəxsi avtomobillə gedə biləcək
-
25 Aprel 2024 09:46
Dövlət sərhədimizin 12 kilometri artıq delimitasiya olunub
-
25 Aprel 2024 09:05
Günün hava proqnozu