BDU-nun rektorundan imkansız tələbələrə jest - FOTO

  • By admin
  • 19 Noyabr 2019 20:28
Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev nəcib təşəbbüsü ilə diqqət çəkib.
Rektorun göstərişi ilə BDU-da təhsil alan az təminatlı ailələrdən olan və valideynini itirmiş tələbələrə dəstək layihəsi çərçivəsində gündəlik biri 3 manat civarında yemək kuponu pulsuz olaraq verilir.
Gununsesi.org xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat yayıb.
Onun sözlərinə görə, bu, noyabr ayının 1-dən etibarən həyata keçirilir.
Gununsesi.org