Baxça müdirləri ali təhsilli və ən azı 5 illik iş stajına malik olmalıdırlar - KOMİTƏ SƏDRİ

  • By admin
  • 18 Oktyabr 2016 12:03
baxca-2
Milli Məclisin (MM)  Elm və təhsil komitəsinin oktyabrın 18-də iclası keçirilib.
Gununsesi.info xəbər verir ki, iclasda yeni “Məktəbəqədər təhsil haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən komitə sədri İsa Həbibbəyli bildirib ki, məqsəd məktəb yaşına çatmamış uşaqların məktəbəqədər təhsil sahəsində hüquqlarını və vəzifələrini müəyyən etməkdən, onlar arasında münasibətlərin tənzimlənməsindən ibarətdir: “Azərbaycanda məktəbəqədər təhsil 1-6 yaşlı uşaqları əhatə edir. Məktəbəqədər hazırlıq təhsili 5 yaşlı uşaqlar üçün zəruri hesab olunur, icbari təhsil qaydasında həyata keçirilir”.
İ. Həbibbəyli qeyd edib ki, qanun layihəsi hazırlanarkən dünya təcrübəsi öyrənilib: “Bu gün bir çox idarə və müəssisələrin tərkibində məktəbəqədər təhsil müəssisələri var. Düzdür, onların bir çoxu məkətəhazırlıq qrupları yaratmağa hazır deyil. Lakin bağça funksiaysını yerinə yetirə bilirlər.  Layihədə müvafiq icra hakimiyyəti orqanının nəzdində məkətəbəqədər təhsil assosasiyasının yaradılmasını nəzərdə tutan müddəa da öz əksini tapıb. Düzdür, bu ictimai əsaslarla fəaliyyətlərlə işləyən bir qurum olacaq. Bu da işimizə bir çox fayda verə bilər. Çünki bu qurumun əsas fəaliyyət prinsipi  öncül prkatikalar  öyrənilərək  digər  təhsil ocaqlarına yayılması çalışacaq”- deyə komitə sədri əlavə edib.
Məkətəbəqədər təhsil müəssisələrinin müdirlərinin mütləq ali təhsilli olmasına diqqət çəkən İ. Həbibbəyli vurğulayıb ki, belə bağçaların idarəçiliyi ali təhsilli və 5 illik təcrübəsi olan şəxs tərəfindən olmalıdır: “Ölkədə bu gün ali təhsil səviyyəsi çox inkişaf edib. Biz ali təhsilli şəxsləri bir kənara qoyub, bağçalara ikinci gözlə baxıb texnikum bitirənləri idarəetmənin başına keçirə bilmərik”.
Qanun layihəsi müzakirələrin yekununda Milli Məclisin plenar iclasına tövsiyə olunub.
Mürtəza
 
Gununsesi.info