“Bavariya”dan bir transfer daha

  • By admin
  • 13 May 2020 15:13

“Bavariya” heyətinə yeni futbolçu cəlb edib.

Gununsesi.org-un məlumatına görə, Münhen klubu “Hoffenhaym”ın oyunçusu Armindo Zipi transfer edib.

17 yaşlı hücumçu yeni komandası ilə 3 illik müqavilə imzalayıb. Almaniyanın U-17 millisinin üzvü iyulun 1-dən “Bavariya”nın U-19 komandasına qoşulacaq. O, birinci ilini akademiyada keçirdikdən sonra əsas kollektivə cəlb olunacaq.

Qeyd edək ki, “Leypsiq”in yetirməsi olan Armindo Zip “Hoffenhaym”a 2017-ci ildə keçib.

 

 

Gununsesi.org