“Bavariya” baş məşqçisi ilə müqaviləni yenilədi

  • By admin
  • 03 Aprel 2020 20:20

Almaniyanın “Bavariya” klubu baş məşqçi Hans Fliklə yeni müqavilə imzalayıb.

Gununsesi.org Münhen təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 55 yaşlı mütəxəssisin sözləşməsinin müddəti 2023-cü ilin yayınadək uzadılıb.

Onun Bundesliqa klubu ilə əvvəlki müqaviləsi cari mövsümün sonuna qədər idi.

Qeyd edək ki, Hans Flik “Bavariya”nın baş məşqçisi vəzifəsində xorvatiyalı Niko Kovaçı əvəzləyib.

 

 

 

Gununsesi.org