Başımıza gələn müsibətlər və xoşagəlməz hadisələr həmişə günahlarımıza görədirmi? –DİNİ BAXIŞ

Başımıza gələn müsibətlər və xoşagəlməz hadisələr həmişə günahlarımıza görədirmi? –

Qurani-Kərimdə buyurulur: “Sizə üz verən hər bir müsibət öz əllərinizlə qazandığınız günahların ucbatındandır! Allah (günahlarınızın) çoxunu əfv edər” (Şura surəsi, 30). Lakin bu ayənin təfsirində fərqli yanaşmalar və istisnalar vardır. Bəzi alimlərin fikrincə, ayə ümumilikdə bəşəriyyətin vəziyyətini təsvir edir, yəni insanlığın başına gələnlər və bəşəriyyətin halı ümumilikdə yer üzündə törədilən cinayətlərin və yayılan fəsadların nəticəsidir. Bu cinayət və fəsadlar bir qrup tərəfindən törədilsə də, ziyanını bütün bəşəriyyət görür. İkincisi, ayənin hökmündə istisnalar da mövcuddur. Belə ki, məsələn, məsumların başına gələn müsibətlər günahların cəzası deyil, imtahan üzündəndir. Qeyri-məsum, adi insanların da bəzən sınaq üzündən bəlalarla qarşılaşması mümkündür. Tarix boyunca bu ayədən sui-istifadələr də edilmişdir. Məsələn, Yezid aşura əsirləri ilə görüş zamanı bu ayəni oxumaqla, faciənin məsuliyyətini öz boynundan atmağa çalışmış və guya Əhli-beytin bu müsibətlərə layiq olduğunu söyləmişdi. Amma İmam Zeynulabidin (ə) gözəl bir cavabla onun fitnəsini puça çıxarmışdı.

Gununsesi.org

COMMENTS