Baş Prokurorluq RİH-dəki əməliyyatı təsdiqlədi – RƏSMİ

  • By admin
  • 22 İyun 2020 14:24
Baş Prokurorluqdan Abşeron Rayon İcra Hakimiyyətinin binasında aparılan xüsusi əməliyyat barədə məlumatı təsdiqləyiblər.
Mətbuat xidmətindən bildirilib ki, əməliyyatın nəticəsi barədə ictimaiyyətə ətraflı məlumat veriləcək.
****   13:52
“Baş Prokurorluğun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin istintaq-əməliyyat qrupu Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasındadır”. 
Gununsesi.org xəbər verir ki, Abşeron rayon icra hakimiyyəti başçısının ətrafını, memarlıq işçilərini, hətta qohumunu da saxlayıblar.
Bu dəqiqələrdə Abşeron Rayon İcra Hakimiyyətinin (RİH) binasında korrupsiyaya qarşı xüsusi əməliyyat keçirilir.

Gununsesi.org