Baş nazirin iştirak etdiyi tədbirə terror hücumu — ANBAAN VİDEO

  • By admin
  • 06 Mart 2020 14:05

Əfqanıstanın paytaxtı Kabildə siyasi liderlərin də iştirak etdiyi anma mərasiminə silahlı və bombalı hücum olub.

Gununsesi.org xəbər verir ki, bu barədə 1TV xəbər yayıb.

Məlumata görə, silahlı hücum mücahidlərin lideri Abdulla Əli Məzarinin ölümünün ildönümü mərasimində baş verib.

Tədbirdə Əfqanıstanın baş naziri Abdulla Abdulla da iştirak edib.

Hadisənin təfərrüatları məlum deyil. Qurbanlar və zərərçəkənlər barədə məlumat verilməyib.

 

 

Gununsesi.org