Baş nazirdən sürücülük vəsiqələri ilə bağlı önəmli  — QƏRAR

  • By admin
  • 09 Noyabr 2019 11:32

Baş Nazir Əli Əsədov “Sürücülük vəsiqəsinin təsvirinin, spesifikasiyasının və nümunəsinin təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib. 

Gununsesi.org xəbər verir ki, qərarın “Sürücülük vəsiqəsinin Təsviri” üzrə:1.1. 1.2.1-ci yarımbənddə “(OVİ – opticaly variable ink)” sözləri “(OVİ – optically variable ink)” sözləri ilə əvəz edilib.

Qərarın 1.2. 1.4-cü bəndinə əsasən, vəsiqənin daxilində təmassız mübadilə oluna bilən elektron daşıyıcı (çip) yerləşdirilir. Vəsiqədə mövcud olan məlumatlar həmin elektron daşıyıcı (çip) vasitəsilə eyniləşdirilir. Elektron daşıyıcıya (çipə) məlumatlar Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində köçürülür.