Baş nazir Əli Əsədov mətbuatın fəaliyyətini qadağan etdi

  • By admin
  • 04 İyun 2020 16:51
Baş Nazir Əli Əsədov həftə sonları ölkə ərazisində məhdudlaşdırıcı tədbirlərlə bağlı qərar verib.
2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək fəaliyyətinə icazə verilən məhdud sayda qurum və xidmətlər fəaliyyət göstərəcək.
Gununsesi.org xəbər verir ki, fəaliyyətinə icazə verilməyən sahələr arasında yazılı mətbuat da var.
Baş Nazirin qərarı ilə yalnız teleradio yayımçılarının (televiziya və radio kanalları, kabel televiziyaları) fəaliyyətinə icazə verilib.
Qəzetlərin, informasiya agentlikləri və saytların fəaliyyətinə icazə verilmir.

Gununsesi.org