Baş nazirə sui-qəsd edildi – Ölkə çalxalandı

  • By admin
  • 09 Mart 2020 15:01

Sudanın Baş Naziri Abdulla Hamdoka qarşı sui-qəsd olunub.

Gununsesi.org “Qafqazinfo”ya istinadən xəbər verir ki, naməlum şəxslər Baş Nazirin avtomobil karvanında daxil olan maşınlardan birini partladıblar. Sui-qəsd cəhdi Hamdok işə gedərkən edilib. Məqsəd onu öldürmək olub.

 Hücum zamanı Abdulla Hamdok xəsarət almayıb və təhlükəsiz yerə aparılıb. Vəziyyəti normaldır.

Hadisənin detalları açıqlanmır.

Gununsesi.org