Baş Konsul İstanbul hava limanında qalan vətəndaşlardan danışdı - BU GÜN DƏ TƏYYARƏ GÖNDƏRİLƏCƏK

  • By admin
  • 17 Mart 2020 11:03

Koronavirus təhlükəsi ilə bağlı Azərbaycanla Türkiyə arasında hava və quru sərhəddinin qəfil bağlanması qardaş ölkədə qalan vətəndaşlarımızın geri dönməsi üçün ciddi problemlərə səbəb olub.

İstanbulun hava limanında qalan vətəndaşlarımız AZAL-ı və hökuməti biganəlikdə ittiham edir.

Sosial şəbəkələrdə yayılan videolarda Azərbaycanın İstanbuldakı konsulu Məsim Hacıyevin də vətəndaşların sərt təpkisi ilə üzləşdiyi görünür.

Belə ki, hava limanında yollanan Məsim Hacıyev onları sakitləşdirməyə çalışıb.

Gununsesi.org-un əməkdaşı baş konsulla əlaqə saxlayaraq, yaranmış vəziyyətə aydınlıq gətirib.

Saytımıza açıqlamasında hava limanında səs-küy salanları qınayan Məsim Hacıyev ittihamların əsassız olduğunu bildirib: “Bu ittihamların heç bir əsası yoxdur. Dünən Bakıdan bir təyyarə gəlib, bu gün də daha biri gələcək. Hava limanında heç kəs qalası deyil”. 

 

 

Pərviz

Gununsesi.org