Baş epidemioloqun səsyazısı gündəm yaratdı - "MƏNİM HEÇ NƏDƏN XƏBƏRİM YOXDUR, OTURMUŞAM KƏNDDƏ" / VİDEO

  • By admin
  • 02 İyul 2020 17:22

Azərbaycanın baş epidemioloqu İbadulla Ağayev jurnalistə verdiyi cavabla müzakirələrə səbəb olub. 

Gununsesi.org xəbər verir ki, Unikal.org-un əməkdaşı baş epidemioloqla əlaqə saxlayıb. O isə hazırda paytaxtda deyil, rayonda olduğunu bildirib:

“Mən Bakıda deyiləm, rayondayam. Heç nədən də xəbərim yoxdur. Kənddə oturmuşam. Nə televizorum, nə də internetim var. Mən baş epidemioloq olanda nə olar? Mən də adamam da. Mənim də rayonda qohumum, əqrəbam var. Siz Səhiyyə Nazirliyinə, TƏBİB-ə zəng edin”.

Qeyd edək ki, tibb elmləri doktoru olan İ. Ağayev 1992-ci ildən Azərbaycanın Baş epidemioloqu postunu tutur.

 

 

Gununsesi.org