“Barselona”da prezident dəyişə bilər

  • By admin
  • 05 İyul 2020 13:50

“Barselona”nın kapitanı Lionel Messi klub rəhbərliyinin idarəçiliyindən məmnun deyil.

Gununsesi.org-un məlumatına görə, argentinalı superulduz bu üzdən klubu tərk edə bilər.

Artıq “Mançester Siti” və “Yuventus” 33 yaşlı oyunçunun xidmətində maraqlıdır. Leo, xüsusən də, klub prezidenti Xosep Bartomeunun fəaliyyətindən məmnun deyil. Klubun idarə heyəti isə kapitanın komandada qalması naminə hətta prezident seçkilərini qısa müddətdə təşkil etməyi və Bartomeunu vəzifəsindən uzaqlaşdırmağı nəzərdən keçirir.

Qeyd edək ki, Bartomeunun prezidentlik müddəti 2021-ci ilə qədərdir.

 

 

Gununsesi.org