“Barselona” braziliyalı yarımmüdafiəçisini yenidən icarəyə verir

“Barselona” braziliyalı yarımmüdafiəçisini yenidən icarəyə verir

“Barselona” yarımmüdafiəçisi Filipp Koutinyonu yenidən icarəyə verəcək.

Gununsesi.org xəbər verir ki, Kataloniya klubu onu İngiltərə təmsilçilərinə təklif edib.

Hazırda icarə əsasında “Bavariya”da çıxış edən Braziliya millisinin üzvü mövsümün sonunda İspaniyaya qayıdacaq. “Barsa”nın əsas hədəfi onu 80 milyon avroya satmaqdır. Ancaq koronavirus pandemiyası səbəbindən yaranmış maliyyə problemi üzündən bu, demək olar ki, mümkün deyil. İspanlar onu 10 milyon avroya icarəyə verməyə razı olacaq. Bir şərtlə ki, həmin komanda futbolçunun maaşını tam ödəməyi vəd etsin.

Qeyd edək ki, hazırda Koutinyo “Arsenal”, “Çelsi”, “Tottenhem”, “Nyukasl” və “Lester”in gündəmindədir.

 

 

Gununsesi.org

COMMENTS