Balıqçının toruna 80 kiloqramlıq balıq düşdü

  • By admin
  • 20 Oktyabr 2019 21:28
Türkiyənin İznik gölündə bir balıqçının toruna 80 kiloqram ağırılığında balıq düşüb. Balığın belə nəhəng olması ətrafdakıları da təəccübləndirib. Balıqçı onu bir restoran sahibinə satıb.
Gununsesi.org xəbər verir ki, səhər saatlarında balıq tutmağa gedən Nazmi Tunanın toruna 2 metr uzunluğunda balıq düşüb. Çox çətinliklə balığı sahilə çıxaran Tuna əlindən də yaralanıb.
Restoran sahibinə satılan balığın belə böyük olması müştərilərin də marağına səbəb olub.
Gununsesi.org