«Bakubus»un 3 böyük tenderini bu şirkət qazandı – SİYAHI

  • By admin
  • 26 İyun 2020 11:55

 

“Bakubus” MMC 3 böyük tenderinin qaliblərini edan edib.

Gununsesi.org FED.az-a istinadla  xəbər verir ki, Hər 3 tenderdə «AZTECH AND TEGETA MOTORS» MMC qalib gəlib. Həmin terderlər aşağıdakılardır:

1. Nəqliyyat vasitələrinin istismarı üçün tələb olunan elektrik komponentlərinə aid ehtiyat hissələrinin satınalınması – 429 029 manat.

2. Nəqliyyat vasitələrinin istismarı üçün tələb olunan isitmə, kompressor və pnevmatik sistemlərinə aid ehtiyat hissələrinin satınalınması – 415 171 manat.

3. Nəqliyyat vasitələrinin istismarı üçün tələb olunan karkas detallarına aid ehtiyat hissələrinin satınalınması – 470 583 manat.