“Baku Medical Plaza”da xəst ölümü ilə bağlı açıqlama - 2 ay əvvəl əməliyyat edilmişdi

  • By admin
  • 07 May 2019 12:35

 

Bəzi xəbər saytlarında “Baku Medical Plaza” klinikasında 2 ay vvəl əməliyyat olunan xəstənin vəfat etməsi barədə xəbər yayılıb.

Adıçəkilən klinikadan Gununsesi.org-a verilən məlumata görə, Lətafət Şirəliyeva ağır durumda klinikaya gətirilib və bir neçə gün müalicə edilib.

Klinikadan verilən məlumatda təəssüflə bildirilir ki, xəstənin öz səhhətinə laqeyd yanaşması ölümlə nəticələnib: “Son günlər mətbuatda haqqında məlumatlar geniş yayılmış Lətafət Şirəliyeva mayın 6-da gecə saatlarında dünyasını dəyişib. 1 gün əvvəl xəstənin ümumi durumu ciddi ağırlaşmış, əməliyyat edilərək ümumi anesteziya altında ona birmomentli fəsadsız traxeostoma açılmışdı. Saat 21:20-də EKQ-də öncə bradikardiya, ardınca asistoliya izlənilib. Dərhal reanimasion tədbirlərə başlanılıb. 10 dəqiqə sonra ritm bərpa olunub. Saat 21:40-da monitorda yenidən asistoliya izlənilib. Dərhal CRP olunub. 22:00-da yenidən ürək ritmi bərpa olunub. Lakin 22:57-də idioventrikulyar rtim, ardınca asistoliya izlənib. Aparılan reanimasion tədbirlərə baxmayaraq, üçüncü dəfə ürək ritmini bərpa etmək mümkün olmayıb. 23:49-da bioloji ölüm təsdiqlənib. Xəstənin ölüm səbəbinin araşdırılması, həkim səhvinin olmadığının təsdiqlənməsi ilə bağlı klinikamız tərəfindən Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə müraciət edilib, faktla bağlı araşdırma aparılır.

Onu da qeyd edək ki, bir sıra saytlarda xəstənin guya qeysəriyyə əməliyyatı zamanı öldüyü yazılıb. Məlumatdan da göründüyü kimi xəstə iki ay əvvəl bu əməliyyyatı keçirib. Xəstəxnaya növbəti müraciəti isə başqa xəstəliyi ilə bağlı olub.

 

Gununsesi.org