Bakıda “Wolt” şirkətinin əməkdaşı yol qəzasında öldü

  • By admin
  • 05 İyul 2020 21:06

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib. 

Gununsesi.org-un xəbərinə görə, hadisə Azadlıq prospektində, Mərkəzi Bankın qarşısında qeyd alınıb.

Belə ki, “Wolt” şirkətinin əməkdaşı İbrahim Cəfərovun idarə etdiyi motosiklet digər avtomobillə çırpılıb. Nəticədə İ.Cəfərov hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

 

 

 

Gununsesi.org